Նորություններ

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri ilə görüş.

2023-cü il iyunun 13-də Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili ilə görüşüb.

Görüşdə məhdud imkanları olan şəxslərin səsvermə hüququnun reallaşdırılması istiqamətində MSK tərəfindən həyata keçirilən tədbirlər və Xalq Müdafiəçisinin tövsiyələrinin icrası ilə bağlı müzakirələr aparılıb.

MSK sədri Xalq Müdafiəçisinə MSK-da işçi qruplarının fəaliyyəti barədə məlumat verib və qeyd edib ki, Xalq Müdafiəçisinin nümayəndələri məhdud imkanları olan şəxslərin və etnik azlıqların problemləri ilə bağlı fəaliyyət göstərən qruplarda fəal iştirak edirlər.

“Bizim üçün insan hüquqları nöqteyi-nəzərindən məhdud imkanları olan şəxslərin seçki məntəqəsində iradəsinin təzahürünə təminat verilməsi və heç bir maneə olmadan bunu edə bilməsi çox vacibdir. Onların seçkilərdə tam iştirak edə biləcəkləri mühitin uyğunlaşdırılması vacibdir”, - deyə Levan İoseliani bildirib.

Görüşdə, həmçinin seçki prosesində elektron texnologiyaların tətbiqi məsələlərindən danışılıb, gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivləri razılaşdırılıb.

Աշխատում է շուրջօրյա ռեժիմով՝ ներառյալ ոչ աշխատանքային օրերը և ժամերը
թեժ գիծ: 1481 (24/7)