MSK-nın etnik azlıqların problemləri ilə məşğul olan qrupun nümayəndələri ilə görüş
8 oktyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisi yanında Milli Azlıqlar Şurasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili və MSK-nın etnik azlıqlar məsələləri üzrə işçi qrupunun nümayəndələri ilə görüşüblər.
İclasda Xalq Müdafiəçisi etnik azlıqların nümayəndələrinin vətəndaş-siyasi fəaliyyətə cəlb edilməsi, seçkilərdə bərabərhüquqlu iştirakın vacibliyi və etnik azlıqların məlumatlandırılması istiqamətində həyata keçirilən fəaliyyətlərdən danışıb.
Xalq Müdafiəçisi və Milli Azlıqlar Şurasının üzvləri MSK-nın etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə yaşayan seçicilər üçün həyata keçirdiyi layihələr, o cümlədən seçkilərin müasirləşdirilməsi, elektron texnologiyalardan istifadənin təfərrüatları ilə tanış olublar.