- Aparata məxsus maddi dəyərlərin mərkəzləşdirilmiş uçotunu təmin edir;
- Aparatın balansındakı maddi dəyərlərin qorunmasına nəzarət həyata keçirir;
- Aparatın maliyyə işlərinin dəqiq rəhbərliyini və ətraflı təhlilini təmin edir; mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təklifləri hazırlayır;
- Aparatın maliyyə və maddi aktiv və passivliklərinin uçotu və hesabatına, rüblük və illik hesabatların təhlilinə və icmalına nəzarət edir, mövcud çatışmazlıqları aradan qaldırmaq üçün təkliflər hazırlayır;
- İl ərzində aparat tərəfindən satın alınacaq malların miqdarını düzgünlüyünü müəyyənləşdirir;
- Tender elanı prosedurunu idarə edir və tender komissiyaları ilə əməkdaşlıq edir;
- Tender sənədlərini, tenderdə qalib gələn hüquqi və fiziki şəxslərlə tender müqavilələrini hazırlayır və Gürcüstan Xalq Müdafiəçisinin müavininə təqdim edir; Tender müqaviləsinin icrasını yoxlayır;
- Mövcud mühasibat fəaliyyətinin texniki və metodiki təkmilləşdirilməsi üçün müasir standartlara uyğun tədbirlər həyata keçirir;
- Aparatın büdcə layihəsini hazırlayır;
- Aparatın büdcəsinin xərclər hissəsinə nəzarət edir, rüblük və illik maliyyə və statistik hesabatlar hazırlayır;