Departament haqqında

Departamentin Gürcüstan Xalq Müdafiəçisi Aparatının öz funksiyalarının həyata keçirilməsində Gürcüstan Xalq Müdafiəçisi adından fəaliyyət göstərən birinci dərəcəli struktur Vahidlikdir. Departament müəyyən edilmiş qaydada ona rəsmi nəzarəti həyata keçirən Gürcüstan Xalq Müdafiəçisinə və Xalq Müdafiəçisinin birinci müavininə hesabat verməlidir. Departamentin məqsədi Xalq Müdafiəçisi Aparatının fəaliyyətini qanunvericiliyə uyğunlaşdırmaq, insan resurslarını idarə etmək, inkişaf etdirmək, təşkilat üçün motivasiyalı, ixtisaslı və təşkilatın dəyərlərini qəbul edən işçilər tapmaqdır.

Departamentin funksiyaları aşağıdakilardır:

  • Gürcüstan Xalq Müdafiəçisinə, müavinlərinə və Aparatın struktur vahidliklərinə hüquqi / qanuni məsələlər üzrə məsləhət vermək;
  • Xalq Müdafiəçisini və Xalq Müdafiəçisi Aparatını inzibati orqanlarda və ümumi məhkəmələrdə təmsil etmək;
  • Daxili qurumlararası aktlarının (əsasnamələr, daxili nizam-intizam qaydaları, təşkilat əmrləri), fərdi inzibati-hüquqi aktların və hüquqi sənədlərin layihələrinin hazırlanması;
  • “Gürcüstan Xalq Müdafiəçisi haqqında” orqanik qanununun 14 və 21-ci maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, idarədə hazırlanmış sənədlərin hüquqi ekspertizası / vizası;
  • Aparatın qanunvericiliyi ilə nəzərdə tutulmuş ərizələrinin, məhkəmə iddialarının, cavab iddiaların, əks iddiaların, apellyasiya və kassasiya şikayətlərinin və cavab iddiaların və xüsusi şikayətlərin, Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər arbitraj və ya məhkəmə prosessual sənədlərinin hazırlanması;
  • Aparatın iştirakı ilə hazırlanan fərdi mübahisələrin təhlilinin hazırlanmasını təmin etmək;
  • Məhkəmə mübahisələrinin qeydiyyatı və vahid məlumat bankının yaradılması;
  • Xalq Müdafiəçisinin qanuni tələbinə əməl edilməməsi barədə məhkəmə icraatı;
  • Aparatın işçilərinin fəaliyyətinə dair idarəyə daxil olan şikayətlərə baxılması;
  • İnsan resurslarının idarə edilməsi və inkişaf siyasəti və strategiyalarını müəyyənləşdirmək və həyata keçirilçəsini təmin etmək;
  • İnsan resurslarının idarə edilməsi metodologiyasının yaradılması və inkişafı;
  • İnsan resurslarının cəlb edilməsi, işçi heyətinin seçilməsi və / və ya müsabiqələrin təşkili, habelə təyinatlar, vəzifələrin yüksəldilməsi, işdən çıxarılma, həvsləndirmə və intizam məhsuliyyəti tədbirlərinin hazırlanması, məzuniyyət və ezamiyyət sifarişlərinin layihələrinin hazırlanması və əmək müqavilələrinin bağlanması;
  • İş təhlilinə əsaslanaraq hər bir vəzifə üçün ixtisas tələblərinin müəyyənləşdirilməsi, vəzifə təlimatlarının tərtib edilməsi prosesinin kordinasiyası;
  • İşçilər haqqında məlumat bazası yaratmaq və idarə etmək, habelə fərdi işlərin tərtib edilməsi, aparılması və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərin təqdim edilməsi və qeydiyyata alınmasına nəzarət etmək;
  • Kadr əmrlərinin layihələrinin hazırlanması və reyestrinin aparılması;
  • İşçilərin karyera yüksəlişi, motivasiya, qiymətləndirmə sistemlərinin yaradılması, tətbiqi və görüləsi tədbirlər barəsində rəhbərliyə təkliflər vermək;
  • Yüksək ixtisaslı kadrlar cəlb etmək üçün, onların peşəkar inkişafı, praktiki bacarıqlarının inkişafı və təkmilləşdirilməsi üçün təcrübə sisteminin təşkili; Təcrübə məsələlərinin təşkili və təcrübə prosesinə nəzarət;
  • İnsan resurslarının idarə edilməsi məqsədləri ilə müvafiq məlumatların işlənməsi, elektron məlumat bazalarının yaradılması;
  • İnsan resurslarının inkişafı üçün zəruri olan tədbirlərin təşəbbüsü və təşkili;
  • İşçilərin fəaliyyəi ilə əmək haqqı sisteminə uyğunluğunun təhlili və rəhbərliyə təqdim edilməsi;
  • İş şəraiti ilə bağlı işçilər tərəfindən qaldırılan məsələlərin müzakirə edilməsi və buna cavab verilməsi;
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsinin müasir sisteminin tətbiq edilməsi və qiymətləndirmə prosesinin monitorinqi, həmçinin işçilərin peşə inkişafınının planlaşdırılması / təşkil edilməsi və bu məqsədlə müvafiq mənbələrin tapılması;
  • İşçilərin komanda işi və işçilər arasında qeyri-rəsmi münasibətlərin inkişafı üçün fəaliyyətlər təşkil etmək;
  • Səlahiyyət daxilində yazışmaları nəzərdən keçirmək və cavablar hazırlamaq;
  • Struktur, kadr, normativ və ya texniki xarakterli konkret təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Aparat işçilərinin tibbi sığortası ilə bağlı məsələlərin həllinin təmin edilməsi;
  • İş vaxtından istifadəni qeyd etmək üçün elektron cədvəlin istehsal tərtibi-idarə edilməsi;
  • Elektron insan resursları idarəetmə proqramının idarə edilməsi / rəhbərlik edilməsi;
  • Departamentin fəaliyyətinin xüsusiyyətlərindən asılı olan digər funksiyaların həyata keçirilməsi.
iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)