Analitik Departament
Departament Gürcüstanın Xalq Müdafiəçisi Aparatının birinci dərəcəli struktur vahidliyidir. Statistika idarəsi ikinci dərəcəli struktur vahidiyi olaraq onun daxilindədir. Departament öz funksiyalarını yerinə yetirərkən Gürcüstanın Xalq Müdafiəçisi adından fəaliyyət göstərir. Departament, qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq ona rəsmi nəzarəti həyata keçirən Gürcüstanın Xalq Müdafiəçisinə və Xalq Müdafiəçinin müavininə hesabat vermək məcburiyətindədir. Bu Departamentə daxil olan Statistika İdarəsi Analitik Departamentin müdirinə, Xalq Müdafiəçisinə və Xalq Müdafiəçisinin müavininə hesabat vermək məcburiyətindədir. Departamentin məqsədi peşəkar anlitikalar vasitəsi ilə, keyfiyyətli hesabat və tövsiyələrin hazırlanmasını və bunların sistematik monitorinqini aparma yolu il sistemli dəyişikliklərin həyata keçirilməsini dəstəkləməkdir.
Departamentin funksiyaları:
- Daxili statistik məlumatların işlənməsi metodologiyasını hazırlamaq və vaxtaşırı yeniləmək (coğrafi, məzmuni, tematik, hüquqi və digər komponentləri əks etdirməlidir);
- Daxili statistik məlumatlarin işlənməsi metodologiya sənədinə uyğun olaraq, Xalq Müdafiəçisi Aparatının müvafiq statistik məlumatlarını qəbul etmək, çeşidlərə ayırmaq, onlar üzərində işləmək və elektron platforma vasitəsilə Xalq Müdafiəçisi Aparatının işçilərinə təqdim etmək;
- Mövcud daxili sənədlərin, tövsiyələrin və digər daxili və xarici sənədlərin Xalq Müdafiəçisi Aparatının digər struktur bölmələri üçün əlçatan olacaq birləşmiş sistemdə yerləşdirmək. Həmçinin, bu bazanı mükəmməl inkişaf etdirmək;
- Ümumiləşdirilmiş ümumi daxili statistik məlumatların rüblük təhlili (analizi);
- Ehtiyacdan irəli gələrək daxili istifadə üçün və ya müvafiq dövlət / beynəlxalq qurumlara təqdim etmək üçün statistik hesabatların vaxtaşırı hazırlanması;
- Xalq Müdafiəçisi Aparatının müxtəlif struktur vahidlikləri ilə əlaqəli statistik məlumatların işlənməsi metodologiyası haqqında sənədin yaradılması və vaxtaşırı yenilənməsi, habelə Xalq Müdafiəçisi Aparatının müxtəlif struktur bölmələri ilə əlaqəli statistik məlumatların işlənməsi, toplanması, ehtiyac olduqda çeşidlərə ayrılması və müvafiq işçilərlə bölüşülməsi;
- Gürcüstan Xalq Müdafiəçisinin illik və xüsusi hesabatında verilmiş tövsiyələri həyata keçirmək üçün Gürcüstanın dövlət büdcəsi / büdcə layihəsinin (və müşayiət olunan sənədlərin) təhlili, dövlət qurumları ilə əlaqə və Gürcüstanın Xalq Müdafiəçisi Aparatının işçiləri ilə əlaqələndirmə; Gürcüstan Parlamentinin qərarında əks olunan tövsiyələrin həyata keçirilməsi üçün (müvafiq vəsaitin əlavə ayrılması lazım olduqda) Gürcüstan Maliyyə Nazirliyi ilə iş formatının təşkili;
- Xalq Müdafiəçisinin illik hesabatının hazırlanması üçün bir rəhbər sənəd hazırlamaq, metodologiyanı / formatı davamlı inkişaf etdirmək məqsədi ilə müqayisəli hüquqi təcrübələri təqdim etmək və təhlil etmək;
- Xalq Müdafiəçisinin illik hesabatını hazırlamaq üçün müvafiq struktur vahidlikləri ilə əməkdaşlıq və hesabatın hazırlanması (bu funksiyanı yerinə yetirmək üçün Xalq Müdafiəçisi Aparatının Analitik Departamentini fəaliyyət planı, məlumat tələbi qrafiki və məsul şəxslər tərtib edir);
- Hər hansı bir departamentin funksional təsvirinə daxil olmayan məsələlərlə bağlı Xalq Müdafiəçisi Aparatının xüsusi hesabatlarının hazırlanması; Eyni zamanda iki və ya daha çox departamentin funksional təsvirinə daxil olan Xalq Müdafiəçisi Aparatının xüsusi hesabatlarının hazırlanması / hazırlanma koordinasiyası;
- Xalq Müdafiəçisi Aparatı tərəfindən göndərilən kölgəli hesabatların nəticələrinin toplanması, sistemləşdirilməsi və təhlili; Müvafiq prosedurlara istinad edərək kölgəli hesabatların təqdim edilməsinə imkan verən beynəlxalq müqavilələri / mexanizmləri müəyyənləşdirmək;
- Tematik departamentlərlə birlikdə kölgəli hesabatların hazırlanması və müvafiq beynəlxalq təşkilatlara təqdim edilməsi;
- Beynəlxalq təşkilatlar üçün hesabatların hazırlanması və ya ikinci və əlavə təhlillərin aparılmasını nəzərdə tutan təlimlərin koordinasiyası;
- Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstana qarşı qərarlarının icrası prosesində rəylərin təqdim edilməsi, habelə üçüncü tərəf rəylərinin Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilməsi;
- Gürcüstan Hökuməti tərəfindən, Gürcüstan Parlamentinə təqdim olunan, Parlamentin reqlamentinin 2281, 2282 və 2283-cü maddələri əsasında parlamentə təqdim olunan hesabatın təhlili və bu barədə müvafiq hesabatın hazırlanması;
- Gürcüstan parlamentinə və ya dövlət qurumuna insan hüquqları ilə əlaqəli təqdim olunan müxtəlif beynəlxalq hesabatların təhlili və zəruri hallarda Xalq Müdafiəçisi Aparatının rəyinin Parlamentə təqdim edilməsi;
- Qanun layihələrinin mütəmadi olaraq nəzərdən keçirilməsi və təhlili, müzakirə olunan qanun layihələri üzrə hüquqi nəticələrin hazırlanması və ediləcək olan dəyişikliklərin müəyyənləşdirilməsi;
- Həyata keçirilmiş qanunvericilik dəyişikliklərinin əlavə monitorinqi və bunlar barədə həm Xalq Müdafiəçisi üçün, həm də Parlamentə təqdim edilməsi üçün mütəmadi hesabatların hazırlanması (müvafiq tematik bölmə ilə əməkdaşlıq etməklə);
- Xalq Müdafiəçisi Aparatı tərəfindən təqdim olunan qanun layihə(lər)sinə müzakirə nəticələrinin və / və ya rədd edilməsinin səbəblərinin təhlili və Xalq Müdafiəsiçisi Aparatının rəhbərliyi və müvafiq struktur bölmə ilə əlaqələndirilməsi;
- Parlament hesabatından sonra Parlament tərəfindən qəbul edilmiş qətnamənin həyata keçirilməsi üçün fəaliyyət planının tərtib edilməsi; parlament hesabatının tövsiyələr fəaliyyət planının həyata keçirilməsi / dövlət qurumları ilə görüşlər və irəliləyiş hesabatının müzakirəsi;
- Xüsusi hesabat hazırlandıqda, tövsiyələrinin icra olunması üçün fəaliyyət planının tərtib edilməsi və implementasiyasında iştirak etmək;
- Müvafiq tematik departamentin iştirakı ilə (lazım olduqda) Xalq Müdafiəçinin / Xalq Müdafiəçisi müavininin çıxış etməsi üçün mətnin hazırlanması;
- Müvafiq dövlət qurumları ilə rabitə və iş görüşlərinin formatlarının inkişafı və tətbiqi;
- Tematik departament tərəfindən bu cür tədqiqatın aparılması mümkün olmadıqda, tematik tədqiqatların və / və ya insan hüquqları məsələlərinə dair qanunvericiliyin təhlilinin hazırlanması;
- Gürcüstanın Xalq Müdafiəçisi haqqında orqanik qanunundaki çatışmazlıqları müəyyənləşdirmək, onların düzəliş yollarını təklif etmək və Gürcüstan parlamenti qarşısında vəkillik etmək;
- Xalq Müdafiəçisi strategiyasının vaxtaşırı yenilənməsi;
- Zəruri hallarda, Xalq Müdafiəçisi / Xalq Müdafiəçisi müavininin qərarı ilə tematik departamentlər tərəfindən həyata keçirilən illik fəaliyyətləri ölçmək və statistik və məzmun baxımından qiymətləndirmək;
- Təklif / tövsiyələrin işlənib hazırlanmasını yaxşılaşdırmaq üçün müvafiq tövsiyələr hazırlamaq və idarənin struktur vahidliklərə təqdim etmək;
- Departamentin fəaliyyətinin xüsusiyyətlərinə xas olan digər funksiyaları yerinə yetirmək.