BMT ofisinin nümayəndələri ilə görüş
9 avqust 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı daimi əlaqələndiricisi Didye Tağıyuk və İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsinin baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb.
Görüşdə Gürcüstanda insan hüquqlarının vəziyyəti müzakirə edilib, ayrı-seçkiliyə qarşı mexanizmin tətbiqi, o cümlədən uşaqların, qadınların və məhdud imkanlı şəxslərin vəziyyəti barədə danışılıb.
Xalq Müdafiəçisi qadın qətlləri ilə bağlı statistikanı diqqətə çatdırıb və qeyd edib ki, qadın qətlləri ilə bağlı qabaqlayıcı tədbirlər gücləndirilməlidir.
İşğal xəttinə yaxın ərazilərdə yaşayan əhalinin ehtiyacları, sərhəd və təhlükəsizlik problemlərindən danışılıb.
Tanışlıq görüşündə xalq Müdafiəçisi Levan İoseliani qurumlar arasında uzunmüddətli əlaqələri vurğuladı və gələcək əməkdaşlıq planlarını müzakirə etdi.