Aİ monitorinq missiyasının nümayəndələri ilə görüş
12 mart 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının nümayəndələri ilə görüşüb.
İrine Çixladze Mtsxeti sahə ofisinin monitorinqçiləri Filip Depresə (Belçika) və Paul Jensen Mauboeyə (Danimarka) Xalq Müdafiəçisi Aparatının mandatı, prioritet fəaliyyət istiqamətləri və regional idarələrin işinin xüsusiyyətləri barədə məlumat verib.
Görüşdə insan hüquqlarının, xüsusilə qadınların hüquqlarının müdafiəsinin vəziyyətindən söhbət açılıb, işğal sərhəddi yaxınlığında yaşayan qadınların gündəlik üzləşdiyi təhlükələrdən danışılıb.
Görüş 8 Mart Beynəlxalq Qadınlar Günü çərçivəsində keçirilib.