Xalq Müdafiəçisi Gürcüstan parlamentinin plenar iclasında 2023-cü il üçün parlament hesabatını təqdim edib
25 iyun 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstan parlamentinin plenar iclasında 2023-cü ildə Gürcüstanda insan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyəti haqqında illik hesabatı təqdim etdi.
386 səhifəlik hesabat insan hüquqlarının müdafiəsinin 30-a qədər sahəsini əhatə edir və 2023-cü ildə tendensiyaları, əsas nəticələri və tövsiyələri əks etdirir.
Təqdim olunan mövzular arasında münaqişədən təsirlənmiş əhalinin hüquqi statusu, yaşamaq hüququ, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, ədalətli məhkəmə araşdırması hüququ, şəxsi toxunulmazlıq, ifadə, məlumat, toplaşmaq azadlığı və insan haqları müdafiəçiləri. Həmçinin mülkiyyət hüququ, inanc və din azadlığı, ətraf mühitin mühafizəsi hüququ, sağlamlıq, əmək hüququ, sosial təminat, müvafiq mənzil hüququ, məhdud imkanları olan şəxslərin, uşaqların, qocaların hüquqları, bərabərlik hüququ və gender bərabərliyi, milli azlıqlar, köçkünlər, ekomiqrantlar, sığınacaq axtaranlar və qorunan şəxslərin beynəlxalq hüquqi statusu, insan hüquqlarının təhsili məsələləri.
Hesabatın tam versiyası ilə keçiddə tanış ola bilərsiniz https://shorturl.at/CesTp