Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyinin “Uşaqlığını əlindən alma” tədbirində iştirak edib
1 iyun 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Daxili İşlər Nazirliyinin “Uşaqlığını əlindən alma ” tədbirində iştirak etdi. Tədbir azyaşlı nikahlara qarşı informasiya kampaniyasına başlanması ilə əlaqədar keçirilib.
Kampaniyanın əsas məqsədləri uşaq yaşlarında nikahla bağlı cinayətlərin aradan qaldırılması, ictimaiyyətin maarifləndirilməsi, həmçinin bu kateqoriyadan olan cinayətlər barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına vaxtında məlumat verilməsidir.
Xalq Müdafiəçisi çıxışı zamanı erkən nikahların qarşısının alınması məsələsi ilə bağlı görüləcək tədbirlərin əhəmiyyətindən danışıb və bu prosesdə qurumlar arasında əlaqələndirilmiş işin aparılmasının vacibliyini vurğulayıb.