Xalq Müdafiəçisi evsizlər üçün sığınacaqda olub
Xalq Müdafiəçisi Levan İoseliani Tbilisi Bələdiyyə Sığınacağının yurisdiksiyasında olan Lilo evsizlər sığınacağına baş çəkib. O, müəssisənin kollektivi, rəhbərliyin nümayəndələri və sığınacaqdan faydalanan şəxslərlə görüşüb.
Xalq Müdafiəçisi “Lilo” evsizlər sığınacağının ərazisinə baxış keçirib, infrastrukturla tanış olub, qurumun benefisiarları üçün göstərilən xidmətlər və sığınacaqdakı çətinliklərlə maraqlanıb.
Xalq Müdafiəçiləri Aparatı ölkədə fəaliyyət göstərən sosial mənzil obyektlərinin monitorinqi də daxil olmaqla, ölkədəki evsiz şəxslərin hüquqi vəziyyətini fəal şəkildə öyrənir, obyektlərdəki vəziyyətlə bağlı məlumat verir və müvafiq tövsiyələr verir hansı ki, Xalq Müdafiəçisinin illik parlament hesabatlarında da öz əksini tapır.