Xalq Müdafiəçisi Kutaisidəki 2 saylı cəzaçəkmə müəssisəsində olub
1 fevral 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Kutaisi 2 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkdi, burada müəssisənin direktoru və administrasiya üzvləri ilə görüşdü; Həmçinin, məhkumlarla, o cümlədən ömürlük həbsdə olanlarla görüşüb söhbət edib.
Xalq Müdafiəçisi müəssisənin yaşayış və ümumi sahələrinə, tibb hissəsinə, videogörüş otaqlarına və hazırda infrastrukturun təmir olunduğu rəqəmsal universitetə baxış keçirib.
Cəzaçəkmə müəssisələrində və digər tipli qapalı müəssisələrdə Xalq Müdafiəçiliyi tərəfindən intensiv monitorinqlər aparılır.