Yeni xəbərlər

Xalq Müdafiəçisinin İsveçrə səfiri ilə görüşü

11 noyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani İsveçrənin Gürcüstandakı səfiri Haydi Qrau ilə görüşüb.

İclasda ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət, o cümlədən etnik azlıqların nümayəndələrinin üzləşdiyi problemlər və Xalq Müdafiəçisi Aparatının mandatı müzakirə edilib. Seçkilər zamanı aşkar edilmiş qanun pozuntularından və xalq müdafiəçisinin səlahiyyətləri çərçivəsində verdiyi cavabdan danışılıb.

Tərəflər gələcək əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələr üzərində işin davam etdirilməsi perspektivləri barədə razılığa gəliblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)