Yeni xəbərlər

Xalq Müdafiəçisinin birinci müavini Albaniyanın İnsan Hüquqları üzrə Milli İnstitutunun yaradılmasının 25-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib

Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Albaniyanın İnsan Hüquqları üzrə Milli İnstitutunun yaradılmasının 25-ci ildönümünə həsr olunmuş “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli və Beynəlxalq Mexanizmlər – Uğurlu Təcrübələr və Öyrənilmiş Dərslər” adlı konfransda iştirak etmişdir.

Konfransda Albaniya Konstitusiya Məhkəməsinin sədri və Albaniyanın ədliyyə naziri İnsan Hüquqları üzrə Milli İnstitutun fəaliyyətindən və onların insan hüquqlarının vəziyyətinə nəzarətinin vacibliyindən danışmış, Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin rəhbəri və Avropa İttifaqının Ombudsmanı eyni məsələyə diqqət yetirmişlər.

Konfransda keçmiş Alban ombudsmanları qurumun yaranması, inkişafı və bu yolda müxtəlif çətinliklərin öhdəsindən gəlmək tarixindən, Avropa İnsan Hüquqları İnstitutları Şəbəkəsinin İdarə Heyətinin nümayəndəsi isə Albaniya Milli İnsan Hüquqları İnstitutunun Şəbəkə ilə əməkdaşlığından və onun əhəmiyyətindən danışıblar.

Albaniyada akkreditə olunmuş beynəlxalq təşkilatların, ATƏT, Avropa Şurası, BMT agentliklərinin nümayəndələri Albaniya Milli İnsan Hüquqları İnstitutu ilə əməkdaşlığı və həyata keçirdikləri layihələri vurğulamışlar.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)