Xalq Müdafiəçisinin müavini ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı Aparatının əməkdaşları ilə görüşüb
2023-cü il iyunun 1-də Gürcüstanın Xalq Müdafiəçisinin müavini Natia Culakidze ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı Aparatının əməkdaşları, baş məsləhətçi Nataliya Mirimanova və layihənin rəhbəri Edin Elqseiter ilə görüşüb.
Görüşdə Xalq Müdafiəçisi ilə ATƏT Ofisi arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb, Gürcüstanda milli azlıqların hüquqlarının vəziyyəti, mövcud problemlər xüsusilə vurğulanıb. Xalq Müdafiəçisinin müavini qonaqları Aparatın iş prinsipləri, o cümlədən milli azlıqların hüquqlarının pozulması faktlarının müəyyən edilməsi və məruzələrdə əks etdirilməsi üsulları ilə tanış edib.
Natia Culakidze ATƏT nümayəndələrinə təsdiq edib ki, milli azlıqların hüquqlarının müdafiəsi Xalq Müdafiəçisinin və Xalq Müdafiəsi İdarəsinin mühüm prioritetlərindən biridir və tərəflər bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə də razılığa gəliblər.