Yeni xəbərlər

İşğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində 5 azyaşlının həlak olması ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı

Gürcüstanın Xalq Müdafiəçisi işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində 5 azyaşlının həlak olmasından dərin hüznlə kədərləndiyini bildirir, həlak olan uşaqların ailələrinə və yaxınlarına başsağlığı verir.

Bu faciəli hal bir daha Gürcüstanın işğal olunmuş ərazisində yaşayan əhalinin, xüsusilə həssas və müdafiəsiz qrupların hüquqlarının qorunmasında ciddi çətinliklərin olduğunu göstərir.

Təəssüf ki, işğal şəraitində Gürcüstanın bir çox vətəndaşının, o cümlədən uşaqların həyatı və sağlamlığı hər gün təhlükə altındadır. Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyət işğal olunmuş ərazilərdə insan hüquqlarının müdafiəsi üçün bütün mövcud mexanizmlərdən istifadə etməlidir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)