Xalq Müdafiəçisi Gürcüstan vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edir
Martın 21-də bir çox ölkələr kimi Gürcüstanda da Novruz bayramı qeyd olunur.
Novruz yazın gəlişi, günün üstünlüyü, təbiətin hərarəti və oyanması bayramıdır ki, bu bayram Gürcüstanda çoxdan qeyd olunur (bunun sübutunu Vepxistkaosanidə də görə bilərik). Bu bayram Gürcüstanın etnik Azərbaycanlı əhalisi arasında xüsusilə məşhurdur.
Vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edir, bu yeni günün sevincini onlarla bölüşürəm. İstər şəxsi həyatında, istərsə də bütün dünyada istinin soyuğa, işığın qaranlığa, həyatın ölümə qalib gəlməsini arzulayıram. Bu gün hamımızın bu qələbəyə çox ehtiyacı var.
2010-cu ildə BMT Baş Assambleyası Novruzu Beynəlxalq Gün kimi tanıyıb. 2009-cu il sentyabrın 28-də YUNESKO-nun Zirvə toplantısında Novruz rəsmi olaraq bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
©Foto Reginfo.