Xalq müdafiəçisi Rumıniya səfiri ilə görüşüb
8 iyun 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Rumıniyanın Gürcüstandakı səfiri Razvan Rotundu ilə görüşüb.
Təqdimat iclasında Levan İoseliani səfiri Xalq Müdafiəçisinin mandatı və Aparatın prioritetləri ilə tanış edib. Onlar ölkədə insan hüquqlarının müdafiəsinin vəziyyəti, Gürcüstanın Avropa perspektivi və bu istiqamətdə Rumıniyanın təcrübəsindən danışıblar. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.