Xalq Müdafiəçisi sizi Müstəqillik Günü münasibətilə təbrik edir
26 may 1918-ci ildə Gürcüstan Dövlətinin Təsis Məclisi müstəqillik elan etdi. İstiqlal Qanununun əsas müddəalarından biri insan hüquqları idi:
"Gürcüstan Demokratik Respublikası, milliyyətindən və cinsindən asılı olmayaraq sərhədlərindəki bütün vətəndaşların mülki və siyasi hüquqlarını bərabər şəkildə təmin edir."
İnsan hüquqlarının qorunması dövlətçiliyimizin əsas hədəfidir. Gürcüstan Konstitusiyasına görə, Gürcüstan vətəndaşlarının sarsılmaz iradəsi, hamı tərəfindən tanınmış insan hüquq və azadlıqlarının təmin edilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və digər xalqlarla dinc münasibətlərin qurulmasıdır.