Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstanın baş naziri ilə görüşüb
2024-cü il iyulun 29-da hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə insan hüquqlarının müdafiəsi baxımından mövcud vəziyyəti və cari məsələləri müzakirə ediblər. Xalq Müdafiəçisi Aparatın fəaliyyətinin əsas istiqamətləri, qarşıya çıxan problemlər və onların həllində hökumətin iştirakının vacibliyindən danışıb.
Baş nazirin sözlərinə görə, hökumət Xalq Müdafiəçisi tərəfindən hazırlanmış tövsiyələrin paylaşılması və həyata keçirilməsi prosesinə ciddi diqqət yetirir ki, bu da ölkədə insan hüquqlarının müdafiəsi standartının yüksəldilməsinə töhfə verir.
Tərəflər gələcək əməkdaşlığın vacibliyini də vurğulayıblar.