Gürcüstanın Xalq Müdafiəçisi qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüb
31 may 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə işgüzar görüş keçirmiş, ofisin gələcək planları və prioritetləri ilə iclas iştirakçılarına məlumat vermişdir.
Sual-cavab və müzakirə formatında keçirilən görüşdə iştirakçılar ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı problemlər, siyasi azadlıq və təhlükəsizlik baxımından qeyri-dost mühit, məhkəmə və ədliyyə sistemindəki çatışmazlıqlar, problemlərdən, media azadlığı, Xalq Müdafiəçisinin qanun yaradıcılığı prosesində iştirakı və digər məsələlərbarədə danışıblar.
Xalq Müdafiəçisi və mülki sektor nümayəndələri əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Tərəflər gələcəkdə intensiv və tematik görüşlərin keçirilməsi barədə razılığa gəliblər.
Tədbirin dəstəkçisi Aİ-nin “Gürcüstanın Xalq Müdafiəçisi Aparatna Dəstək” layihəsi olub.