Yeniliklər

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və İqlim Nazirliyinin dövlət katibi ilə görüş

2023-cü il iyunun 21-də Gürcüstan Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və İqlim Nazirliyinin dövlət katibi Sven Giqold və nazirliyin Gürcüstan məsələləri üzrə müşaviri Franciska Alarich ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstanda insan hüquqlarının müdafiəsi baxımından mövcud vəziyyət, azlıqların üzləşdiyi problemlər, sosial-iqtisadi hüquqlar və nifrət nitqi problemi barədə danışıblar.

Həmçinin, Tamar Qvaramadze qonaqları Xalq Müdafiəçisi Aparatının mandatı və prioritetləri ilə tanış edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)