Xalq Müdafiəçisi Azərbaycan səfiri ilə görüşüb
29 aprel 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Azərbaycanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri Faiq Quliyevlə görüşüb.
Görüşdə Gürcüstanda yaşayan etnik azlıqların hüquqlarının qorunması məsələlərindən, ikidilli təhsilin keyfiyyətinin yüksəldilməsinin zəruriliyindən və qeyri-gürcü tələbələrə tam hüquqlu ali təhsil almaq imkanı verən 4+1 proqramının əhəmiyyətindən danışılıb.