“Qapalı müəssisələrdə insan hüquqlarının müdafiəsi” mövzusunda ictimai seminar
22 may 2023-cü il tarixində Xalq Müdafiəçisinin Milli Profilaktika Mexanizminin əməkdaşları Yakob Qoqebaşvili adına Telavi Dövlət Universitetinin tələbələri üçün “Qapalı müəssisələrdə insan hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirmişlər.
Seminarda Gürcüstanın polis sistemində, penitensiar və psixiatriya müəssisələrində insan hüquqlarının müdafiəsinin mövcud vəziyyətindən danışılıb, həmçinin Gürcüstan Xalq Müdafiəçisinin milli profilaktika mexanizminin mandatı və fəaliyyəti müzakirə edilib. Natiqlər tələbələri insan hüquqlarının müdafiəsinin beynəlxalq standartları və Milli Profilaktika Mexanizminin 2022-ci il hesabatının əsas nəticələri ilə tanış etdilər.
Görüş çərçivəsində aparılan müzakirə zamanı tələbələr onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.