Xalq Müdafiəçisi Axalkalakidə fəaliyyət göstərən vətəndaş təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb
27 noyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani qadınlara qarşı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində Axalkalakidə fəaliyyət göstərən mülki sektorun nümayəndələri ilə görüş keçirib.
Görüşdə vətəndaş sektorunun gücləndirilməsi, onların ehtiyacları və qarşıda duran vəzifələrdən danışılıb. Həmçinin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, gənclərin miqrasiyası və sosial təminat məsələləri ilə yanaşı, bələdiyyədə insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyət də müzakirə olunub. Onlar vətəndaş şüurunun artırılması üçün məlumat kampaniyalarının aparılmasının və etnik azlıqların qərarların qəbulu prosesinə cəlb edilməsinin zəruriliyini vurğulayıblar.
Görüş iştirakçıları Xalq Müdafiəçisi Aparatı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər və gələcək planları müəyyən ediblər.
Tədbir Xalq Müdafiəçisi Aparatı və Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının Gürcüstan nümayəndəliyinin birgə səyləri ilə keçirilib. Qeyd edək ki, sözügedən tədbir Xalq Müdafiəçisinin bölgələrdə mülki sektorun nümayəndələri ilə keçirdiyi görüşlər silsiləsinin bir hissəsidir.