Venesiya Komissiyasının vitse-prezidenti ilə görüş
27 iyun 2024-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Strasburqa cari səfəri çərçivəsində Venesiya Komissiyasının vitse-prezidenti Veronika Bilkova ilə görüşüb.
Görüşdə Venesiya Komissiyası ilə Gürcüstanın Xalq Müdafiəçisi Aparatı arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Komissiyanın hazırladığı müxtəlif nəticələrdən, o cümlədən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin rəyindən də danışılıb.