Gürcüstan parlamentinin sədri ilə görüş
12 aprel 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze ilə görüşüblər.
Görüşdə tərəflər strateji əməkdaşlıq məsələlərini, illik hesabata baxılması planını və ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində görüləcək tədbirləri müzakirə ediblər.