Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının nümayəndələri ilə görüş
18 iyul 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin müavini İrine Çixladze Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının (UN Women) Gürcüstandakı nümayəndəsinin müavini Tamar Sabedaşvili və təşkilatın proqramlarının nümayəndələri Tamar Vaşakidze və Medea Quqeşaşvili ilə görüşüblər.
Söhbətdə gender bərabərliyi, o cümlədən qadınların hazırkı vəziyyəti, Gürcüstanda sülh və təhlükəsizlik, qadın qətli, qadınların siyasi həyatda iştirakı, cəzaçəkmə müəssisələrində qadınların hüquqi statusuna toxunulub. Həmçinin məişət zorakılığı qurbanları üçün sığınacaqların və böhran mərkəzlərinin monitorinqi məsələsi müzakirə olunub.
Görüşdə həm Xalq Müdafiəçisi, həm də BMT-nin Qadınlar Təşkilatının nümayəndələri sıx əməkdaşlığın vacibliyini vurğulayaraq, həyata keçirilən layihələrin nəticələrinə diqqət çəkib və birgə gələcək planların hazırlanması barədə razılığa gəliblər.