Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri ilə iş görüşü
26 yanvar 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri ilə iş görüşü keçirmişdir.
İclasda Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsini icra edən Tamar Qvaramadze və daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze salamlama nitqi ilə çıxış ediblər.
Tamar Qvaramadze Xalq Müdafiəçisi Aparatının iş xüsusiyyətlərini, cari fəaliyyətini və Daxili İşlər Nazirliyi ilə strateji əlaqə və əməkdaşlıq üzrə gələcək planlarını nəzərdən keçirib.
İş görüşü Avropa İttifaqının “Gürcüstanda təhlükəsizlik sektoruna kənar nəzarətin dəstəklənməsi” layihəsi tərəfindən təşkil olunub. Layihə 2021-ci ilin oktyabr ayından fəaliyyət göstərir, onun əsas benefisiarlarından biri Xalq Müdafiəçisi Aparatıdır və onun vəzifəsi nəzarət qurumları ilə hüquq-mühafizə orqanları arasında koordinasiyanı yaxşılaşdırmaqdır.