Ədliyyə Nazirliyi və onun sisteminə daxil olan qurumlarla işçi görüşü
4 oktyabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyi və onun sisteminə daxil olan xidmətlər üzrə Xalq Müdafiəçisi Aparat;n;n təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.
İclasda xalq müdafiəçisinin birinci müavini Tamar Qvaramadze idarənin mandatı və fəaliyyətinin xüsusiyyətlərindən danışıb. Müzakirə zamanı iştirakçılar aparatla strateji kommunikasiya və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Dəyirmi masada Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi, Ədliyyə Nazirliyinin Dövlət Reyestri, Ədliyyə Nazirliyinin Xidmətlərin İnkişafı Agentliyi, Milli Icra Bürosu, Nazirliyin Ədliyyə Evi və onların xidmətləri, o cümlədən Xüsusi Penitensiar Xidmətin yüksək vəzifəli şəxsləri iştirak ediblər.
Tədbir Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında saziş proqramı çərçivəsində baş tutub.