Xalq Müdafiəçisi Saqareco bələdiyyəsinin etnik azərbaycanlıların yaşadığı kəndlərə baş çəkib
6 sentyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Saqareco Bələdiyyəsinə gələrək, etnik azərbaycanlıların məskunlaşdığı Yormuqanlo icmasının, Lambalo, Kazlari və Duzaqrami kəndlərinin sakinləri ilə görüşmüşdür.
Xalq Müdafiəçisi ilə görüşdə Saqareco kəndlərinin sakinləri 9 kəndi birləşdirən körpünün problemindən danışıblar. “Körpü amortizasiyalıdır və təhlükəsizlik standartlarına cavab vermir, ona görə də onunla hərəkət etmək vətəndaşlarımızın sağlamlığı üçün təhlükə yaradır”, - deyə Xalq Müdafiəçisi bildirib.
Xalq Müdafiəçisi Aparatı uzun müddətdir ki, Gürcüstanda yaşayan etnik azlıqların insan hüquqlarının müdafiəsi ilə bağlı problemləri öyrənir. Gürcü dilinin tədrisində nöqsanlar xüsusilə kəskindir ki, bu da birbaşa olaraq bu vətəndaşların tam inteqrasiyasına mane olur.
Əhali yol-kommunikasiya infrastrukturunun sıradan çıxmasından narahatdır. Yol örtüyü zədələndiyi üçün bələdiyyə nəqliyyatı, qəza və xilasetmə maşınları ləngiməklə hərəkət edir. Bəzi kəndlərdə nə uşaq bağçası, nə də dövlət məktəbi var. Otlaqların mülkiyyət və istifadə hüququ məsələsi hələ də aydın deyil.
Xalq Müdafiəçisi Duzaqram uşaq bağçasına da baxış keçirib, məscidə baş çəkib.