Xalq Müdafiəçisi Marneulidə görüşlər keçirib
17 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneuli Bələdiyyəsinə baş çəkib, burada yerli sakinlər, media və mülki sektor nümayəndələri ilə görüşüb.
Görüşdə Kvemo Kartli bölgəsinin sakinlərinin sosial vəziyyəti, dövlət xidmətlərinin, o cümlədən ahıllara göstərilən nöqsanlar, təhsillə bağlı problemlər, erkən nikahın pis təcrübəsi və bələdiyyə səviyyəsində qərarların qəbulu prosesinə mülki sektorun cəlb edilməsinə maneələr haqqında danışılıb.
Marneuliyə səfəri zamanı Xalq Müdafiəçisi rayonun mədəni irsi, o cümlədən çay süfrəsi, Azərbaycan rəqsləri və xalçaçılıq ənənələri ilə də tanış olub.