Xalq Müdafiəçisi qadınların cəzaçəkmə müəssisəsində olub
12 sentyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisinin müavinləri Elene Quduşauri və İrine Çixladze Rustavi 5 saylı (Qadınlar) Penitensiar Müəssisəsinə baş çəkdilər.
Xalq Müdafiəçisi qurumda baş verən son hadisələrə nəzər salıb. O, Ədliyyə Evinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsində, Ana və Uşaq şöbəsində, Filialda olub, məhkumların reabilitasiyası proqramlarının icrası prosesi ilə tanış olub.
Xalq Müdafiəçisi penitensiar müəssisələrdə nəzarəti davam etdirir, təqsirləndirilən və məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyətinə nəzarət edir.