Yeni xəbərlər

Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunda (DG NEAR) Xalq Müdafiəçisinin görüşü

Brüsselə cari səfəri çərçivəsində Gürcüstanın Xalq MüdafiəçisiLevan İoseliani Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun (DG NEAR) Gürcüstan, Moldova və İqtisadi İnvestisiya Planı Departamentinin rəhbəri Diana Jablonska ilə görüşüb.

Görüşdə əsasən Avropa İttifaqının 12 bəndlik planından danışılıb. Qeyd olunub ki, bu istiqamətdə DG NEAR nümayəndələri qütbləşməni əsas çağırış hesab edir və onun azaldılması üçün iqtidar, müxalifət və vətəndaş sektoru arasında dialoqun başlanmasının vacibliyini vurğulayırlar. Bundan əlavə, iclasda Xalq Müdafiəçisi Gürcüstanda mandat, fəaliyyət və insan hüquqlarının müdafiəsinin ümumi vəziyyəti ilə tanış olub.

Direktorluq üzvləri Levan İoselianiyi Xalq Müdafiəçisi seçilməsi münasibətilə təbrik edib və qeyd ediblər ki, Avropa Komissiyası tərəfindən Gürcüstan üçün işlənib hazırlanmış 12 prioritetdən biri Xalq Müdafiəçisinin seçilməsi ilə bağlıdır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)