Xalq Müdafiəçisinin ədliyyə naziri ilə görüşü
Xalq müdafiəçisi Levan İoseliani ədliyyə naziri Anri Oxanaşvili ilə görüşüb. Xalq müdafiəçisi ədliyyə nazirini vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Müzakirə olunacaq əsas məsələ məhkum və təqsirləndirilən şəxslərin hüquqi vəziyyəti və cəzaçəkmə müəssisələrindəki çətinliklər olub. Xalq Müdafiəçisi Aparatın bu istiqamətdə hazırladığı hesabat və tövsiyələri nazirə təqdim edib.
Görüşdə ədliyyə naziri və xalq müdafiəçisi bu illər ərzində qarşılıqlı əməkdaşlığı vurğulayaraq Ədliyyə Nazirliyi ilə Ombudsman Aparatı arasında sıx əlaqələndirməni davam etdirməyə hazır olduqlarını bildiriblər.
İclasda Xalq Müdafiəçisinin müavinləri və ədliyyə naziri iştirak edib.