Naxiduridə baş verən yol qəzası ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Dünən Naxiduridə iki yetkinlik yaşına çatmayanın həlak olması ilə nəticələnən faciəvi yol qəzasına görə dərin hüznlə kədərlənirik. Bu ağır gündə mərhumların ailələrinə və yaxınlarına başsağlığı veririk.
Bu faciəvi hadisə cəmiyyətimizdə qanunun aliliyi, bərabərlik və yol təhlükəsizliyi kimi mühüm çağırışlara bir daha işarə edir.
Bütün uşaqların təhlükəsiz mühitdə, o cümlədən təhlükəsiz yollara və ictimai yerlərə çıxış əldə etməyə əsas hüququ var. Aidiyyəti qurumları bu kimi faciələrin qarşısının alınması üçün yol hərəkəti təhlükəsizliyi tədbirlərinin, o cümlədən müvafiq yol nişanlarının, sürət həddinin və əhalinin maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsini və icrasını prioritetləşdirməyə çağırırıq.
Medianın hazırkı faciəni işıqlandırarkən son dərəcə diqqətli olması, yoxlanılmamış məlumatların, nifrət nitqinin yayılmasının qarşısını almaq vacibdir.
Xalq Müdafiəçisi hadisəyi fəal şəkildə izləməyə davam edəcək.