Marneulidəki mövcud hadisələrlə bağlı xalq müdafiəçisinin Bəyanatı
Xalq Müdafiəçisi Aparatı, Marneulidə mövcud hadisələri yaxından izləyir. Bu dəqiqələrdə Aparatın işçiləri vəziyyətlə ətraflı tanış olmaq üçün hadisə yerinə yollanırlar.
İlkin məlumata görə, Monitorinq Təşkilatının nümayəndəsi Qiorqi Mumladze və media nümayəndələri də daxil olmaqla bir neçə nəfər fiziki təcavüzə məruz qalıb (Telekompaniya Mtavari, İctimai Yayımçı).
Daxili İşlər Nazirliyi ilə ilkin əlaqəyə görə, jurnalist fəaliyyətinə maneə və zorakılıq iddiaları ilə bağlı istintaq başladılıb.
İstintaqın dərhal aparılacağına və məsul şəxslərin tez bir zamanda müəyyənləşəcəyinə ümid edirik. Bu, ictimai asayişin və seçkilərin sülh şəraitində keçirilməsinin təmin edilməsi üçün vacib ilkin şərt olacaqdır.