Hüquq müdafiəçilərinə qarşı son hücumlar faktları ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi son vaxtlar vətəndaşlara, o cümlədən hüquq müdafiəçilərinə qarşı hücumlar faktlarına səslənir. Bu gün, iyunun 11-də vətəndaş fəal Zuka Berdzenişviliyə fiziki hücum edilməsi ilə bağlı məlumat yayılıb.[1]
Vətəndaşlara qarşı fiziki qisas faktları, xüsusən də hücumun səbəbi peşə fəaliyyəti və/yaxud ifadə edilmiş rəylə bağlı olduğu halda, narahatlıq doğurur. Hər bir zorakılıq hadisəsinə dövlət tərəfindən sərt və layiqli cavab vermək lazımdır ki, belə hallar kütləvi şəkildə təşkil olunmuş təqib və zorakılıq halına düşməsin, cəmiyyətdə bu cür hərəkətlər təşviq edilməsin.
Xalq Müdafiəçisi onu da vurğulayır ki, siyasətçilərin mülki sektora və hüquq müdafiəçilərinə qarşı böhtan xarakterli bəyanatları onlar üçün daha da qorxuducu mühit yaradır və ölkədəki mövcud konteksti nəzərə alsaq, onlara qarşı zorakılığı təşviq edən əsaslı təhdidləri ehtiva edir.
Gürcüstanın Xalq Müdafiəçisi istintaq orqanlarını vətəndaşlara fiziki hücum faktlarına dərhal reaksiya verməyə və görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmağa çağırır.
[1] https://www.radiotavisupleba.ge/a/32987723.html , https://shorturl.at/EF2fF