Bolnisi və Marneuli bələdiyyələrində elan edilən karantin rejimi ilə əlaqədar İctimai Müdafiəçinin bəyanatı
Marneuli və Bolnis bələdiyyəsində korono virusun yayılmasına cavab olaraq elan edilmiş karantin rejimi ilə bağlı olaraq Xalq Müdafiəçisi Aparatı və Kvemo Kartli ofisi mobilizasiya olunub ki, bu bələdiyyələrdə olan şəxslərə 24 saat ərzində məsləhətlər versin və hüquqi yardım göstərsin. Eyni zamanda azərbaycan və erməni dillərində də.
Ilk nöbədə qeyd etmək lazimdir ki, Marneuli və Bolnisi bələdiyyələrində elan edilmiş karantin rejimi vəziyyətinin müddəti fövqaladə hal vəziyyətinin müddətinə müvaiq olaraq elan edilib və bu o deməkdir ki, bu bələdiyyələrin ərazisində qeydiyyatda olmayan və ya faktiki yaşamayan şəxslərin bu bələdiyyələrə gediş-gəlişini tam qadağandir. Bu bələdiyyələrin ərazisidə sadəcə tibbi xidmət almaq üçün və ərzaq almaq üçün hərəkət etməyə icazə verilir, qalan hallar qadağandır.
Xalq Müdafiəçisi yerli hakimiyyətlə, dövlət orqanlarının nümayəndələri ilə, regyonda fəaliyyət göstərən təşkilatlarla və əhali ilə daimi əlaqədədir. Mövcud olan məlumatlara əsasən Bolnisidə və Marneulidə vəziyyət dincdir, ancaq, azərbaycan dilində məlumat azlığı olduğuna görə qəbul olunmuş qaydalar, xəstəliyin qarşısının alınması və onlar tərəfindən həyata keçiriləsi tədbirlər barəsində əhalidə ətraflı məlumat yoxdur.
Xalq Müdafiəçisi Aparatına zənglər gəlir və əhali maraqlandıran mövzulardır sosial proqramlardan yararlanma qaydaları (sosiyal işçinin viziti, sosial agentin ailənin vəziyyətini qiymətləndirilməsi üçün viziti); Səhiyyə proqramlarından istifadə etmə istiqamətinəd olan vəziyyət (tuberkulioz, C-hepatit, dializ, metadon proqramların istifadə olunmasında hansısa məhtudiyyətlər varmi, uşaqlar planlı olaraq necə peyvəd olunacxlar və s); Şəhərdaxili ərazisində azad şəkildə hərəkət etmək, mağazaya getmək olarmi və s.
Dializ, metadon, tuberkulioz, C-hepatit kimi vacib olan səhiyyə proqramları və başqa proqramların istifadəsi məhtutlaşdırılmamalıdır. Müvafiq olaraq vacibdir ki bu şəxslər qeydə alınsınlar və onların təhlükəsiz şəraitdə hərəkət etmələri təmin edilsin.
Sakitliyin qorunması və vəziyyətin düzəldilməsi üçün əhaliyə düzgün və aydın məlumatın verilməsi cox vacibdir. Buna görədə əhalı onlar üçün aydın olan dildə məlumatlandırmaq xüsusi ilə vacibdir. Eyni zaman səsgücləndiricilər, məlumat materiyalların uzaqdan ötürülməsi kimi ünsiyyət vasitələrindən istifadə edilə bilər. Çox vacibdir ki, bu prosesə bütün müvafiq qurumlar qoşulsun və ictimayi məlumat yayılarkən bu məlumatın əhali üçün aydın olan dilə tərcümə olunması təmin edilsin.
Bir daha karantın rejimi daxilində olan və ya olmayan hərkəsi səhiyyə nümayəndələrinin tövsiyyələrinə riyayət etməyə çağrıram. Marneulidə Bolnisidə olan şəxslər özbaşnıza şəhərləri tərk etməyin. Özünüzü, ailənizi və başqa şəxsləri təhlükəyə atmayın. Səhiyyə və hüquq mühafizə orqanı nümayəndələrinin öz fəaliyyətlərini effektli icra etməsinə dəstək olaq.
Eyni zmanda əhalini diskriminasiya (ayrı seçki) və stiqma xarakterli bəyanatlar verməməyə çağrıram. Virus insanları etnik və ya başqa göstəricilərinə börə bir-birilərindən fərkləndirmir. Jurnalistləri və dövlət orqanı nümayəndələrini bərabərlik prinsiplərinə daha çox diqqət yetirməyə və yaranmış stereotiplərə qarşı səylər göstərməyə çağrıram.
Tam olaraq əminəm ki, sadəcə birlikdə durmaqla və bir-birimizin qayğısına qalmaqla bu cox aöır olan problemin ohtəsindən gələcəyik.
Eyni zamanda yenə əhaliyə xatirladmaq istəyirəm ki, köməyə ehtiyacınız olarsa, istənilən məsələ ilə bağlı Gürcüstan Xalq Müdafiəçisinin qaynar xətti ilə 24 saat ərzində əlaqə saxlaya bilərsiniz, qaynar xətt nömrəsi – 1481; Azərbaycan dilində məsləhət almaq üçün bizim əməkdaşımız Murad Hüseynovla - 591 70 10 73 nömrəsi ilə, erməni dilində məlumat almaq üçün isə Andranik Bağdasaryanla - 595 80 78 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.