Xalq Müdafiəçisinin Alternativ Hesabatı - Avropa İnsan Haqları Məhkəməsinin və BMT Komitələrinin Gürcüstana qarşı qərarlarının icra vəziyyəti haqqında
Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstan parlamentinə Gürcüstan Ədliyyə Nazirliyinin Avropa İnsan Haqları Məhkəməsinin və BMT Komitələrinin Gürcüstana qarşı qərarlarının icrasının vəziyyəti haqqında 2024-cü il hesabatlarına dair alternativ hesabat təqdim edib.
Alternativ hesabatda 2024-cü ilə kimi Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstana qarşı aşağıdakı işlər üzrə qərarlarının icrası üçün dövlət tərəfindən görülən ümumi tədbirlər nəzərdən keçirilir: “Tsintsabadze Group”, “Identity Group”, “Merabishvili V. Georgia” və “Thexelidze Group”.
Eyni zamanda, hesabatda J.C. və J.E. Gürcüstana qarşı, Xanım Ceyranova və Ana Arqanaşvili Gürcüstana qarşı işlərində BMT-nin İşgəncələrə Qarşı Komitəsinin, Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi Komitəsinin və Uşaq Hüquqları Komitəsinin Gürcüstanla bağlı qərarları nəzərdən keçirilir.
Sənəddə qeyd olunan halların həyata keçirilməsi üçün dövlət tərəfindən atılan addımların nə dərəcədə yetərli olduğu təhlil edilir.
Hesabatda nifrət cinayətləri və pis rəftarla mübarizə, LGBT+ icmasının sərbəst toplaşmaq azadlığı, qadınlara qarşı zorakılıq və məişət zorakılığı və qadın qətli işlərində ədalət mühakiməsinin həyata keçirilməsində nöqsanlar və s.