Xalq Müdafiəçisi Gürcüstanın baş naziri ilə görüşüb
16 iyun 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Hökumət administrasiyasında keçirilən görüşdə insan hüquqlarının müdafiəsi ilə bağlı ölkədə mövcud vəziyyət müzakirə edilib və Gürcüstanın insan hüquqlarının müdafiəsi üzrə 2022-2030-cu illər üçün milli strategiyanın təfərrüatları barədə danışılıb.
Tərəflər gələcək əməkdaşlığın vacibliyini də vurğulayıblar.