Xalq Müdafiəçisi Dinlər Şurasının üzvləri ilə görüşüb
30 may 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Xalq Müdafiəçisi yanında Dinlər Şurasının üzvləri ilə görüşüb.
Şuranın iclasında iştirak edənlər ölkədə dini azlıqların hüquqlarının müdafiəsi sahəsində qarşıda duran vəzifələri müzakirə edərək, tolerantlıq mədəniyyətinin gücləndirilməsi məqsədilə Xalq Müdafiəçisi və Dini Qurumlar Şurası tərəfindən hazırlanmış tövsiyələrin həyata keçirilməsinin zəruriliyindən danışıblar.
Xalq Müdafiəçisi Dinilər Şurasının fəaliyyətinin vacibliyini vurğulayaraq Şura üzvlərinə hərtərəfli dəstəyini təsdiqləyib.