Xalq Müdafiəçisi Avropa Şurasının Proqram Koordinasiya Direktorluğunun rəhbəri ilə görüşüb
15 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanda rəsmi səfərdə olan Avropa Şurasının Proqram Koordinasiya Direktorluğunun rəhbəri Klaus Noykirx ilə görüşüb.
Cənab Klaus Noykirx Levan İoselyanı Xalq Müdafiəçisi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və Xalq Müdafiəçisi institutuna böyük hörmətini bildirib.
Görüşdə tərəflər ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində qüvvədə olan qanunvericilikdən və Avropa İttifaqına uyğunlaşma üçün həyata keçirilməli olan dəyişikliklərdən danışıblar. Sosial hüquqların müdafiəsinin vəziyyəti, ədliyyə və məhkəmə sistemində islahatların gedişi və digər məsələlər müzakirə edilib.