Xalq Müdafiəçisi İspaniya parlamentinin nümayəndə heyəti ilə görüşüb
Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və Xalq Müdafiəçisinin müavini Giorgi Burcanadze İspaniya parlamentinin nümayəndə heyəti ilə görüşüblər. Avropa İttifaqı ilə inteqrasiya prosesi və 12 bəndlik plan Konqresin Xarici Əlaqələr Komitəsinin sədri Pau Mari Kloze və nümayəndə heyətinin üzvləri ilə əsas müzakirə mövzusu olub.
Parlament nümayəndə heyətinin üzvləri Xalq Müdafiəçisinin planda nəzərdə tutulan məqamların həyata keçirilməsində baxışı ilə maraqlanıblar. Bundan əlavə, Xalq Müdafiəçisi Gürcüstanın demokratik inkişafı üçün namizəd statusunun verilməsinin vacibliyinə və Avropa İttifaqı tərəfindən namizəd statusunun rədd edilməsinin doğura biləcəyi mənfi nəticələrə diqqət çəkib.
Nino Lomjaria qeyd olunan məsələyə göstərdikləri dəstəyə və marağa görə İspaniya nümayəndə heyətinin üzvlərinə təşəkkür edib.