Yeni xəbərlər

Xalq Müdafiəçisi seçki prosesiylə yerində tanış olur

26 oktyabr 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Qardabani Bələdiyyəsinin Nazarlo və Kesalo kəndlərinə səfər edərək elektron texnologiyalardan istifadə etməklə yeni həyata keçirilən səsvermə prosesi ilə tanış olub.

Xalq Müdafiəçisi həmçinin seçicilərlə, seçki administrasiyasının nümayəndələri və müstəqil müşahidəçilərlə görüşüb, söhbət edib.

Yerlərdə aparılan müşahidələrə və daxil olan məlumatlara görə, indiki mərhələdə kəndlərdə seçkilər heç bir gözlənilməz maneə olmadan keçirilir.

Xalq Müdafiəçisi parlament seçkilərinin sivil şəraitdə, həddi aşmadan və fiziki qarşıdurma olmadan keçəcəyinə ümid etdiyini bildirib.

Bundan əlavə, Xalq Müdafiəçisi vətəndaşları bir daha çağırır ki, onların seçki hüququ pozulubsa və ya bu hüquqların məhdudlaşdırılmasından xəbəri varsa, mütləq 1481 qaynar xətti ilə Xalq Müdafiəçisinin Aparatına müraciət etsinlər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)