Xalq Müdafiəçisi Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İyulun 19-da Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Duniqan ilə görüşüb.
İclasda ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət müzakirə olunub. Onların arasında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsində qaldırılan iddialar, onlara baxılması perspektivi, xalq Müdafiəçisinin sözügedən prosesdə iştirakı məsələsi barədə danışılıb. Bundan əlavə, səfir qanuna qarşı davam edən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin proporsionallığı, həbs olunan şəxslərin vəziyyəti və aparılan istintaq prosesi ilə maraqlanıb. Tərəflər qarşıdan gələn parlament seçkiləri və seçki proseslərinə cəlb olunma baxımından Xalq Müdafiəçisinin mandatı barədə də danışıblar.
Görüşdə, həmçinin ABŞ səfirliyi ilə Xalq Müdafiəçisi Aparatı arasında uzunmüddətli əməkdaşlıq və bu istiqamətdə Xalq Müdafiəçisi Aparatının gücləndirilməsi məqsədilə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) həyata keçirdiyi layihə müzakirə edilib.
Levan İoseliani ABŞ hökuməti və Amerika xalqının ölkədə demokratik dəyərlərin bərqərar olması üçün Gürcüstanın Xalq Müdafiəçisi Aparatına daim göstərdiyi dəstəyə görə səfirə təşəkkür edib.