Xalq Müdafiəçisi aksiyada iştirak edən tələbələrlə görüşüb
Martın 7-9-da keçirilən etiraz aksiyalarında iştirak edən tələbələrin məhkəmə prosesini Xalq Müdafiəçisi Aparatı izləyəcək.
17 mart 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani etirazlarda iştirak edən tələbələrlə görüşüb və onlara bildirib ki, aparat öz mandatı çərçivəsində onlara qarşı aparılan istintaq prosesinə nəzarət edəcək.
Tələbələr açıq şəkildə Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edərək hakim komanda və təhlükəsizlik qüvvələrinin yüksək rütbəli məmurları tərəfindən gözlənilən təqib və repressiyalardan qorunmağı xahiş ediblər.
Xalq Müdafiəçisi siyasi baxışlarına görə fikirlərini ifadə etmək hüququnun pozulduğunu düşünən və ya hökumət tərəfindən təhlükə hiss edən bütün vətəndaşları müdafiə etməyə hazır olduğunu bir daha təsdiqləyib.