Xalq Müdafiəçisi Acarıstanda fəaliyyət göstərən qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüb
17 iyul 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Acarıstanda, Batumidə fəaliyyət göstərən qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüb.
Müzakirə olunan əsas mövzular ədliyyə sistemi, ifadə azadlığı, azlıqların hüquqları, uşaqlara qarşı zorakılıq, əmək və mülkiyyətlə bağlı məsələlər olub.
Görüşdə Levan İoseliani qeyri-hökumət sektoru ilə Xalq Müdafiəçisi Aparatı arasında əməkdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, görüşdə qaldırılan məsələlərin həlli prosesində hüquq müdafiəçilərinin koordinasiyalı fəaliyyəti zəruridir.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Gürcüstanın Xalq Müdafiəçisi Ofisinin tərəfdaşlıq proqramı çərçivəsində baş tutub.