Gürcüstanın Xalq Müdafiəçisi yanında mövcud olan Milli Azlıqların və Dinlərin Şuraları Rusiyanın aqresyasını pisləyir və Gürcüstanın Avropaya inteqrasiyasını dəstəkləyir.
“Gürcüstanın Xalq Müdafiəçisi yanında mövcud olan Tolerantlıq Mərkəzi, Milli Azlıqlar və Dinlər Şuralarının üzvləri qəhrəman Ukrayna xalqına heyran olduqlarını bildirir və Rusiya Federasiyasının Ukraynaya qarşı cinayətkar hərbi aqresyasını pisləyirlər. Bu çətin vəziyyətdə bizim düşüncəmiz Rusiyanın apardığı müharibənin qurbanlarına, işğala son qoyulması və sülhə yönəlib.
Eyni zamanda bildirmək istərdik ki, Avropa demokratik ailəsinin tam şəkildə qurulması dövlətimizin, cəmiyyətimizin əsas məqsədlərindən biridir - bu, həm əcdadlarımız, həm də gələcək nəsillər qarşısında bizim tarixi məsuliyyətimizdir; Bu, Gürcüstanın müstəqilliyinin qorunması, təhlükəsizliyi və inkişafı üçün etibarlı əsasdır.
Bu məqsədə doğru və onun Gürcüstanda həyata keçirilməsi demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə, vətəndaş inteqrasiyasının dərinləşməsinə, insan hüquqlarının vəziyyətinin yaxşılaşmasına, təhsil, iqtisadiyyat, elm və və cəmiyyətin dinc və tolerant inkişafı üçün həyatda daha yüksək standartların təşviq edilməsinə töhfə verəcək, dövlətimiz üçün ən yaxşı ilkin şərait yaradacaq.
Ona görə də Gürcüstanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyəti birgə səylə Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir”.
Gürcüstanın Xalq Müdafiəçisi ilə Tolerantlıq Mərkəzi
Xalq Müdafiəçisi yanında mövcud olan Milli Azlıqlar Şurası
- Arnold Stefanian - "Çoxmillətli Gürcüstan" Ümumi Vətəndaş Hərəkatı
- Agit Mirzoev - Cəlb və İnkişaf Mərkəzi
- Zaur Xəlilov - Vətəndaş İnteqrasiyası Mərkəzi
- Mari Mikoyan - "GENERATION I"
- Mari Arakelova - Gürcüstan Erməniləri Birliyi
- Leyla Məmmədova - Gürcüstan Azərbaycanlı Gənclər Birliyi
- Susana Xaçatryan - "Şuşanik" Gürcüstan Erməni Qadınları Assosiasiyası
- Mixail Boris - Ukraynalıların Gürcüstan Assosiasiyası
- Leyla Süleymanova - Azərbaycan Qadınlar Birliyi
- Valentina Marcanişvili - Gürcüstan-Ukrayna Mətbuat və Kitab Evi
- Mixail Avakiani - "Sən" Assosiasiyası
- Nona Xanqoşvili - "Pankisinin Rifahı Naminə" İcma Birliyi
- Qari Avqust - Gürcüstan Alman Assosiasiyası "Ainung"
- Rima Qaribiani - "Açıq Sərhədlər"
- Tamar Bekauri - Kaxeti Regional İnkişaf Fondu
- Mamuli Neşumaşvili - "Udi"
- Naira Bepiyev - Beynəlxalq "Qafqaz Mozaikası" Cəmiyyəti
- Regina Yakobidze - Gürcüstanın Latviya icması "Ave-Sol"
- Lili Səfərova - Qadın Hüquqları İcması Təşəbbüsü
- Eugenia Kotanidi - Gürcüstanın Yunan Federasiyası
- Van Bayburt - Vrastan qəzeti
- Venera Martkoplişvili - Kaxeti Roma İttifaqı "Roma"
- Kərim Qumbətli - Demokratiya və İnteqrasiya Resursları
- David Adamov - Assurların Gürcüstan Milli Konqresi
- Boris Sinyuk - "Dnepr" ukraynalıların gürcü icması
- Bəyanata “Salam” ictimai platforması da qoşulur
Xalq Müdafiəçisi yanında mövcud olan Dinlər Şurası
- Gürcüstan Müsəlmanları Birliyi
- Gürcüstan Müsəlmanlarının Ali İlahiyyat İdarəsi
- Qurtuluş Ordusu
- İncil İnancı Kilsəsi
- Müqəddəs Üçlük Protestant Kilsəsi
- Açıq Xristianlar Kilsəsi
- Evangelist Kilsəsi Həyat Sözü
- Evangelist Baptist Kilsəsi
- Gürcüstandakı Ermənistanın Müqəddəs Apostol Pravoslav Kilsəsinin yeparxiyası
- Dostlar Cəmiyyəti
- Svedenburq Dini Cəmiyyəti.
- Əhmədiyyə Müsəlman İcması
- Evangelist Kilsəsi
- Latın Katoliklərinin Zaqafqaziya Apostol İdarəsi
- Yevangelist Lüteran Kilsəsi