Gürcüstanın Xalq Müdafiəçisinin nümayəndələri yerli özünüidarəetmə orqanlarının gender bərabərliyi şuraları ilə görüşüblər
19-28 aprel 2023-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin əməkdaşları Sofio Rusetski, Nino Yakobidze və Qvantsa Xaratişvili Mtsxeta-Mtianeti və Kvemo Kartli bələdiyyələrində Gender Bərabərliyi Şurasının üzvləri ilə məlumat görüşləri keçiriblər.
Məlumatlandırma görüşündə Xalq Müdafiəçisinin nümayəndələri Gender Bərabərliyi Şurasının üzvləri ilə genderin mahiyyəti və əsas anlayışları, qadınlara münasibət, ailə daxili zorakılığı və qadın qətli məsələləri barədə danışıblar. İclasda həmçinin qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığı hallarının qarşısının alınması və qurbanların səlahiyyətlərinin artırılması prosesində yerli özünüidarəetmə orqanlarının rolu müzakirə olunub.