Gürcüstanda Novruz-Bayramı - 2024
“Novruz-Bayramə hər bir vətəndaşın özünü dəyərli hiss edəcəyi inklüziv, tolerant mühit yaratmaq üçün Gürcüstanda yaşayan etnik azlıqların mədəniyyətini qorumaq və təbliğ etməyin nə qədər vacib olduğunu bir daha xatırladır. Etnik azlıqların mədəniyyətinin tanınması və qorunub saxlanması bizim üçün cəmiyyətin hər bir üzvünü birləşdirəcək, sosial birlik və müxtəlifliyi təşviq edəcək vasitələrdən biridir”, - Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneulidə Novruz-Bayramı tədbirində deyib.
Şərq xalqlarının əksəriyyəti yaz bərabərliyi - Novruz bayramını martın 21-də qeyd edir. Gürcüstanda Novruz bayramı 2010-cu ildən dövlət bayramı elan edilib və ənənəvi olaraq etnik tədbirlərlə qeyd olunur.